İlkin kod

hər hansı bir proqramlaşdırma dilində mətn şəkilli kompüter proqramı. İlkin kod ya müəyyən kompüter arxitekturası üçün nəzərdə tutulmuş kompilyatorun köməyilə icra olunan koda keçirilir (tərcümə olunur), ya da interpretatorun vasitəsilə bilavasitə mətn üzrə yerinə yetirilir.
İqtibas
İllüstrasiya
OBASTAN VİKİ
Kod
Kod – [lat. codex – qanunlar külliyatı] – şərti ixtisarlar sistemidir. Kod sözü digər mənalarda da işlənə bilər: Şərti siqnallar sistemi; Əmtəələrin, əşyaların onlar haqqında informasiyaya malik şərti, qısaldılmış işarəsi, adlanması, onların şifri, rəmzi təsviri Hesablama texnikasında informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri (ifadəsi) İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədilə yaradılan şərti işarələr və ya siqnallar sistemi; Hərbidə texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün şərti işarələr sistemi. Mənbə kodu Açıq kod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Açıq kod
Dress-kod
Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması. = Tarixçə = "Dres-kod" termini ilk dəfə Böyük Britaniyada işlənib. Bu termin tez bir zamanda bütün dünyaya yayıldı. Şəxsin müəyyən bir peşə qrupuna aid olduğunu göstərmək üçün istifadə edilir. = Kodlar = Court dress — müvafiq saray tərəfindən diktə edilən saray geyimi. Formal (Full formal, Full dress, Formal attire) — qadınlar üçün bal paltarı, kişilər üçün ggündüz Morning dress açıq frak və yaxud kostyumla açıq jilet və qalstuk, axşam isə White tie - qara frak və ağ kəpənək. Semi-formal (Smoking, Le Smoking) — qadınlar üçün koktey geyimləri (gündüz) və gecə paltarları (axşam), kişilər üçün isə tünd kəpənəklə smokinq. Informal (Cocktail (old-shttp://az.wikipedia.org/w/index.php?title=Dress-kod&action=edittyle) or Business attire) — rəsmi geyim. Smart casual (Business casual (old-style), Cocktail (new style), Executive Casual, Corporate Casual) — qadınlar üçün cins, bluza ilə yubka, tərzdən asılı olaraq kəmər, pencək, gödəkçə və sviter.
Genetik kod
Genetik kod DNT və ya RNT molekullarındaki informasiyanın yəni triplet ardıcıllığının amin turşu ardıcıllılğına yəni zülal istehsalına keçirilməsi proseslərində istifadə olunan qaydalar məcmusudur. Genetik kodun vacib xüsusiyyətlərindən biri onun kolinearlığıdır, yəni nuklein turşuları kodlarının ardıcılıqları ilə polipeptid zəncirində aminturşularının ardıcıllıqlarının müvafiq olması. DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir. Lakin bu zəncirin həlqələri eyni deyil – 4 cürdür. Daha doğrusu bu polimer 4 cür nukleotidin birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir. Zülal molekulları DNT-dən RNT vasitəsilə göndərilən informasiya əsasında qurulur.
Kod səhifəsi
Kod səhifəsi (ing. codepage) – MS-DOS əməliyyat sisteminin 3.3 və sonrakı versiyalarında: çeşidli ölkələr üçün simvollar yığınını və klaviatura düzümünü dəstəkləmə vasitəsi. Kod səhifəsi proqramda istifadə olunan simvolların ikilik kodlarına klaviaturanın klavişlərinin və ya həmin simvolların ekran görüntülərinin uyğun qoyulduğu cədvəldir. Bundan başqa, kod səhifəsi müvafiq milli əlifbanın simvollarının sıralanma ardıcıllığını müəyyənləşdirir. İstənilən kod səhifəsinin ilk 128 simvolu standart ASCII yığınına, sonrakı 128 simvol isə genişləndirilmiş ASCII yığınına uyğun olur və hər bir kod səhifəsi üçün unikal olur. Displey və klaviatura kimi qurğuların konfiqurasiyasını konkret kod səhifəsinin tətbiqinə, eləcə də istifadəçinin istəyinə uyğun olaraq bir kod səhifəsindən başqasına və əksinə keçmək imkanına kökləmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
QR-kod
QR kodu (ing. Quick Response code — "Tez cavab") — ştrix kodların növlərindən biri. "Quick Response" ("tez cavab") sözlərinin abreviaturasıdır. 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən işlənib hazırlanmış və təqdim olunmuş matrisli kod (ikiölçülü barkod). Yaponiyada böyük populyarlıq qazanmış barkodun (BAR CODE) getdikcə tələbatı ödəməməsi, yəni onun vasitəsilə kodlaşdırılan informasiyanın həcminin məhdud olması səbəbindən yaranıb. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür. 1994-cü ildə təkmilləşdirilmiş QR kodunun patenti Yaponiyanın Denso şirkətinə aiddir. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür. Ən böyük QR kodu Kanadanın Albert əyalətində yaşayan fermer ailəsi tərəfindən hazırlanmışdır. Onlar bunu özlərinə məxsus 2,9 hektar qarğıdalı sahəsində hazırlayıblar.
Sətiriçi kod
Sətiriçi kod (en. in-line code ~ ru. встроенный код ~ tr. satır içi kod) – yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış proqramlara daxil edilmiş assembler və ya maşın dilinin komandaları. Sətiriçi kodlar kompliyatordan asılı olur və bir kompilyatordan başqasına keçdikdə çox ciddi dəyişikliyə uğrayır (əlbəttə, əgər bu, ümumiyyətlə, mümkündürsə). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kod adı
Kod adı — hər hansısa bir hadisəni, şəxsi, layihəni və ya hər hansı bir konsepsiyanı (anlayışı) təsvir etmək üçün istifadə edilən başqa addır. Kod adından müntəzəm olaraq hərbi və ya casusluq sahələrində istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == Arkin, William M. Code Names: Deciphering US Military Plans, Programs, and Operations in the 9/11 World (ingilis). South Royalton, Vermont: Steerforth Press. 2005. ISBN 978-1-58642-083-3. Gehrs-Pahl, Andreas; Parsch, Andreas. "Code Names for U.S. Military Projects and Operations". www.designation-systems.net. 4 October 2006.
Abıyev İlkin
Qılman İlkin
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır. Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.
İlkin Abıyev
İlkin Ağakişiyev
İlkin Ağaquliyev
İlkin Ağayev
İlkin Bayramov
İlkin Cavanşirov
İlkin Fərəcov
İlkin Həsəni
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.
İlkin Həsənli
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.
İlkin Kazımov
Şərafəddin İlkin
Şərafəddin İlkin (Həsənov Şərafəddin Sudeyf oğlu) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlamışdır. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etmişdir. 1993-cü ildən mətbuatda çalışır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləmişdir. Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur. "Göz gözə yalan deməz", "Gözlərinə de ki. . ." və "Mən səndən küsmədim ki" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir.
İlkin Ələkbərov
İlkin Dövlətov
İlkin Dövlətov (16 iyun 1990, Bakı) — azərbaycanlı muğam ifaçısı. Səs Azərbaycan yarışmasının xalq mahnıları kateqoriyasında ikinci yer tutduqdan sonra məşhurlaşmışdır. 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree ilə birlikdə "Özünlə apar" mahnısıyla Azərbaycanı təmsil etmiş, 1-ci yarımfinalda 11 xalla 14-cü yeri tutmuşdur. 16 iyun 1990-cı ildə doğulmuşdur.
İlkin Hacıyev
İlkin Hacıyev (8 yanvar 1983, Azərbaycan) — Bakının "Neftçi" klubunda və Azərbaycan milli futzal komandasında çıxış edən azərbaycanlı futzalçı.
İlkin Muradov
İlkin Muradov (5 mart 1996, Azərbaycan) Azərbaycan Premyer Liqasında "Zirə"nin yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Klub karyerası == 29 aprel 2017-ci ildə Muradov Azərbaycan Premyer Liqasında "Zirə" nin "Şüvəlan"la oyununda debüt edib. 2023-cü il fevralın 15-də Muradov mövsümün qalan hissəsi üçün icarə əsasında "Səbail"ə keçib.